ABŞ ordusu Ukraynaya təhvil verilən çoxməqsədli F-16 təyyarələrində elektron müharibə sistemini yenidən proqramlaşdırıb. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun 35-ci qanadının məlumatında deyilir.
"F16-nın Ukrayna Hərbi Hava Qüvvələrinə effektiv inteqrasiyası üçün onun elektron müharibə alt sistemləri yenidən proqramlaşdırma tələb edir", - deyə hərbçilər bildirib.
Mətbuat xidmətinin məlumatına görə, 68-ci Elektron Müharibə Eskadronu tərəfdaş ölkənin laboratoriyalarından birində texnikanı döyüş şəraitinin tələblərinə uyğun olaraq yenidən proqramlaşdırıb.
Havar Şəfiyeva