AZ

Ukraynaya verilən F-16-larda elektron döyüş sistemi dəyişdirilib

ABŞ ordusu Ukraynaya təhvil verilən çoxməqsədli F-16 təyyarələrində elektron müharibə  sistemini yenidən proqramlaşdırıb. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən  xəbər verir ki, bu barədə ABŞ ordusunun 35-ci qanadının məlumatında deyilir.

"F16-nın Ukrayna Hərbi Hava Qüvvələrinə effektiv inteqrasiyası üçün onun elektron müharibə alt sistemləri yenidən proqramlaşdırma tələb edir", - deyə  hərbçilər bildirib.

Mətbuat xidmətinin məlumatına görə, 68-ci Elektron Müharibə Eskadronu tərəfdaş ölkənin laboratoriyalarından birində texnikanı döyüş şəraitinin tələblərinə uyğun olaraq yenidən proqramlaşdırıb.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
10
yeniazerbaycan.com

10Mənbələr