EN

Əli Məsimli seçicilərlə görüşdü 

1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbligat-təşviqat kompaniyası çərcivəsində 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əli Məsimlinin seçicilərlə nöbvəti görüşü avqustun 27-də Qax rayonunun Meşəbaş, Qaratala və Əmbərçay kəndlərində olmuşdur.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əli Məsimli ölkəmizdə həyata keçirilən iqtisadi və sosial yönümlü layihələrin iqtisadiyyatımıza bu ildən başlayaraq sürətlənmiş iqtisadi artım trayektoriyasına keçməsinə xidmət etdiyini qeyd edərək bildirdi ki, bu da sosial göstəricilərimizin yaxşılaşmasına əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərin artırılmasının daha etibarlı iqtisadi bazasını yaratmaq baxımından əvəz edilməz bir mənbədir.

 Bununla belə yerlərdə olan probləmlərin həllinin sürətləndirilməsinə ehtiyac var. Bu kontekstdə Əli Məsimli Qax və Şəki kəndlərindəki problemlərə toxunub və bildirib ki, kəndlərə qaz çəkilməsi, məktəb tikilməsi, elektrik təchizatının yaxşılaşdırılması, yol problemi, içməli su problemi və.s bu kimi məsələlər birbaşa deputatın görməli olduğu işlər olmasa da, həmin problemlərin həllinin sürətləndirilməsi ilə bağlı sözügedən işləri görməli olan aidiyyatı orqanlara müraciət etməsi və onun həllinin sürətləndirilməsinə təsir ertmək deputatın borcudur. Əgər yenidən seçiləcəyi təqdirdə əvvəllər olduğu kimi, bundan sonra da yerli problemləri və seçicilərin sosial problemlərini həm parlament tribunasında qaldıracaq həm də aidiyyatı dövlət orqanları qarşısında qaldrımağa davam edəcək və bu yolda səylərini əsirgəməyəcək.

Görüşdə seçicilərin sualları və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb və müraciətlər qeydə alınıb.

Daha sonra Əli Məsimli Şəki rayonunda fəaliyyət göstərən bir qrup fermerlərlə görüşdü.Görüşdə subsidiyalaşma sahəsində həmçinin taxılçılıq və fındıqçılıq təsərüfatlarında mövcud olan problemlər müzakirə edildi. Əli Məsimli bildirdi ki, ona növbəti dəfə etimad göstəriləcək halda bu məsələlərlə bağlı bizə daxil olan bütün məlumatları təhlil ediləcək, aidiyyatı orqanlar qarşısında enerji daşıyıcılarının qiyməti qalxması ilə əlaqədar olaraq fermerlərə dəyən ziyanı kompensasiya etməkdən ötrü subsidiyaların məbləğinin artırılması və fermerlərdən alınan məhsulların optimal alış qiymətlərinin tətbiqini məsələlərinə baxılmasını qaldıra bilər.

Chosen
68
20
modern.az

10Sources