AZ

Əli Məsimli Qax kəndlərində - FOTO

Avqust ayının 19-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Zəyəm, Lələli və Qındırğa kəndlərində yaşayan seçicilərlə görüş keçirib.

 

Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Əli Məsimli platforması barədə məlumat verdi. Yaşadığımız mərhələnin əsas prioritetlərinə toxunarkən o, bildirdi ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan dünya praktikasında nadir, mümkünsüz görünən çox möhtəşəm bir nəticə əldə etdi. Dünya praktikası göstərir ki, itirilmiş torpaqları geri qaytarmaq həddindən artıq çətindir və mümkünsüz hesab olunur. Xalqımız Ali Baş Komandan ətrafında yumruq kimi birləşdi və Azərbaycan əsgərinin vətənpərvərliyi ilə intelektual müharibədə göstərdiyi nəticələrin effektiv kombinasiyası nəticəsində torpaqlarımızı işğaldan azad edə bildik. Azətrbaycan bu müharibədən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə nail olmağa qadir bir dövlət kimi çıxdı.  

 

Ölkəmiz döyüş meydanında olduğu kimi, işğal nəticəsində xarabazara, hər qarışı minalanmış döyüş meydanına çevrilmiş əraziləri böyük tikinti meydanına, əməkdaşlıq arenasına cevirib. Azərbaycanın əldə etdiyi bu nəticələr hesabına yaratdığı yeni situasiya təkcə bizim üçün deyil, Cənubi Qafqazda yaşayan bütün xalqlar üçün sülh və əminamanlıq şəraitində yaşamaq üçün böyük perspektivlər açır. Lakin bizim bu qələbəmizə sevinənlərlə yanaşı onu həzm edə bilməyənlər, hər fürsətdə Azərbaycanda öz bədxah niyyətlərini həyata keçirməyə cəhd edən ölkələr və qüvvələr var. Ona görə də əldə etdiyimiz nəticələri möhkəmləndirməkdən ötrü müdafiə qüdrətimizin və təhlükəsizliyimizin daha da gücləndirilməsi üçün görülən işlər müasir mərhələnin əsas prioritetləridir. Bununla yanaşı işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin və böyük qayıdışın sürətləndirilməsi üçün həyata keçirilən tədbirlər də prioritet istiqamətlərdəndir. Xalqımızın qalib dövlətə layiq səviyyədə yaşamasını təmin etməkdən ötrü zəruri islahatların həyata keçirilməsi də prioritet istiqamətlər sırasındadır. 

 

Əli Məsimli yerli problemlərdən danışarkən bildirdi ki, Qax və Şəkinin sosial-iqtisadi inkişafına dair hazırlayacağı proqramda görüşlər zamanı qaldırılan problemlər də əksini tapacaqdır. 

Görüşlərdə iştirakçılar çıxışlarında yaşadıqları kəndlərdə mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar.

Seçilən
111
20
modern.az

10Mənbələr