"Argentinos Xuniors"un" prezidenti Kristian Malaspinya, hücumçu Lusiano Qondunun "Zenit"ə transferi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, çalışdırıcı futbolçunun Rusiyada tibbi müayinədən keçdiyini və bunun ardından "Zenit" nümayəndələri ilə müqavilənin detalları və transfer məbləği ilə bağlı görüşəcəklərini bildirib. O, həm də Qondunun yeni klubu ilə rəsmi müqaviləni imzalayacağını da vurğulayıb.

Bu mövsümdə "Argentinos Xuniors"un formasını geyinərək 21 matçda iştirak edən 23 yaşlı futbolçu, 5 qol vurub və 4 asist verib.