AZ

Yeni "Audi RS7" universalı: İlk görüntülər

Bu yaxınlarda internetdə gələcək "RS7" idman universalının kamuflyajlı prototiplərinin ilk fotoşəkilləri dərc olunub ki, bu fotolar əsasında onların necə görünəcəyini təsəvvür etmək mümkündür.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az "Kolesa.ru"ya istinadən xəbər verir.

Daha əvvəl bildirildiyi kimi, alman şirkəti öz modellərinin adlandırma sistemini dəyişmək qərarına gəlib ki, bunun nəticəsində daxiliyanma mühərrikli avtomobillər tək indekslər, elektromobillər isə cüt indekslər alacaqlar. Beləliklə də, bizə yaxşı tanış olan "A6" modeli "A7"yə çevriləcək, əvvəlki indeks isə artıq bu yaxınlarda təqdim edilmiş "Audi A6 e-tron" liftbeki və universalına keçib. Bu günün qəhrəmanı hazırkı "RS6"nı əvəz edəcək "RS7" universalıdır. Sonuncunun tarixi 2002-ci ildə modelin ilk nəslinin təqdim edildiyi vaxtdan başlayıb. Hazırda 2019-cu ildə premyerası olan konveyerdə artıq dördüncü nəsil model istehsal olunur. İndi isə yeni adı olan gələcək universalın görünüşünü qiymətləndirmək imkanımız var ki, onun prototipləri artıq yol sınaqlarını keçib.

Universal indiki modelin ciddi görünüşü ilə müqayisədə daha yuvarlaq dizaynda olacaq, bir çox cəhətdən bu yaxınlarda rəsmən təqdim olunan yeni nəsil "A5" ailəsi ilə üst-üstə düşəcək. Qabaqda formaca oxşar fənərlər olacaq, lakin barmaqlıqlar daha böyük, demək olar ki, ön hissənin bütün hündürlüyü boyu olacaq. Təbii ki, "RS" versiyasında o, orijinal bəzək alacaq. Yan tərəfdə, yeni "A5" və "A6 e-tron"dakı kimi qapı tutacaqlarını, ön qanadlardakı şaquli hava kanallarını, həmçinin təkər tağlarının üstündəki dairəvi çıxıntıları qeyd etmək də olar. Tağların özləri "Audi"nin ən güclü universalına uyğun olaraq, əhəmiyyətli dərəcədə geniş şəkildə hazırlanacaq. Arxa hissəyə gəlincə isə, burada ən maraqlısı "led" zolağı ilə birləşdirilən orijinal formalı fənərlərdir. "RS7" modelinin əsas xüsusiyyəti isə qazburaxma sisteminin çox sıx yerləşmiş oval boruları olacaq.

Yeni məhsulun premyerasının gələn il baş tutacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
2
milli.az

10Mənbələr