AZ

“Zenit” Berdıyevin “Rubin”inin göstəricisini təkrarladı - ŞƏRH

Premyer-liqada turun 4 oyunu şənbə, 4 oyunu da bazar gününə təsadüf etdi.

Açılış oyununda ÇSKA səfərdə “Ximki” üzərində inamlı qələbə qazandı. Maraqlıdı ki, “hərbçilər”in bu mövsüm 15 qolundan 7-ni müdafiəçilər (Diveyev – 4, Moyzes – 2, Kellven – 1) vurub. Son iki turda büdrəməklə liderliyi əldən verən “Zenit” Nijni Novqorodda sürprizə imkan vermədi. Piterlilərin bu mövsüm yeni transferləri sanki ilk oyunlardan qanad açıb uçmağa başlayır. Qluşenkovun başgicəlləndirici startından sonra indi də Lusiano Qondu adından söz etdirir. “Argentinos Xuniors”dan transfer edilən 21 yaşlı vinger ilk oyundaca hesabına 2 qol yazdı. O, XXI əsrdə “Zenit”in heyətində premyer-liqada debüt oyununda dubl edən ikinci futbolçu oldu. İlk futbolçu isə bu mövsümün əvvəlində Qluşenkov olmuşdu. “Zenit” 7-ci turu cəmi 1 buraxılan qolla tamamlamaqla öz rekordunu yenilədi. Bu turnirdə ilk 7 tura 1 qol buraxan sonuncu komanda 2010-cu ildə Kurban Berdıyevin çalışdırdığı “Rubin” olmuşdu! Şənbə gününün daha bir maraqlı oyununda “Spartak” çətinliklə də olsa, “Rubin”in müqavimətini qıra bildi. Moskva nəhəngi ardıcıl 5-ci premyer-liqa oyununda qapısını toxunulmaz saxlamaqla XXI əsrdə ən yaxşı göstəricisinə imza atdı. Deyan Stankoviç adını “Spartak”ın tarixinə yazdırdı. Belə ki, komanda onun başçılığı altında çempionatda keçirdiyi ilk 4 ev oyununun heç birində qol buraxmadı. “Axmat” evdə debütant “Akron”la da bacarmayaraq 7-ci turu da qələbəsiz başa vurdu. Qroznılılar hələ ki qələbəyə həsrət qalan yeganə kollektivdi.

Digər debütant Mahaçqala “Dinamo”su Samaradan 3 xalla qayıtmaqla bu mövsüm 2-ci qələbəsini qazandı. Moskva “Dinamo”su isə “Orenburq”la səfər oyununda əzmkar qələbə qazanmağa yaxın idi. Amma komanda qələbəni son saniyələrdə əldən verdi. Turun mərkəzi oyunu “RJD Arena”da keçirildi. Tura lider kimi daxil olan “Lokomotiv” yüksəlişdə olan “Krasnodar”la oyunda fiaskoya uğradı. “Dəmiryolçular” 3 cavabsız qol buraxmaqla Mixail Qalaktionovun dönəmində 50-ci premyer-liqa matçında cəmi 2-ci dəfə böyük hesabla uduzdular. Bundan başqa, “Loko”nun rekord - 23 oyunluq qol seriyası da başa çatdı. Komanda həm də liderliyi yenidən “Zenit”ə təhvil verməli oldu. Mövsümə ardıcıl 3 heç-heçə ilə başlayan “Krasnodar” isə qələbə seriyasını 4 oyuna çatdırdı və 7-ci turu da məğlubiyyətsiz tamamladı. Xatırladaq ki, “öküzlər” ötən mövsümə də yaxşı start vermiş və ilk məğlubiyyətlə yalnız 13-cü turda üzləşmişdilər.

7-ci tur
Nijni Novqorod – Zenit 0:3
Qondu, 30; 50. Vendel, 69.
Zenit: Latışonok, Karavayev, Nino, Alip (Artur, 75), Santos, Barrios, Vendel (Vasilyev, 85), Klaudinyo (Axmetov, 85), Qondu, Pedro (Mantuan, 70), Kassyerra (Yeroxin, 70).
Lokomotiv – Krasnodar 0:3
Sa, 5. Spertsyan, 45+3-p. Kordoba, 64.
Lokomotiv: Lantratov, Nenaxov (Sarveli, 46), Nyamsi, Morozov, Silyanov, Barinov, Timofeyev (Rakov, 46), Samoşnikov, Tiknizyan (Pinyaev, 46), Batrakov (Karpukas, 76), Vorobyov (Süleymanov, 62).
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 80), Tormena, Kosta, Olasa, Pina Kastanyo (Çernikov, 68), Batçi (Kobnan, 77), Spertsyan (Krivtsov, 77), Sa (Smolov, 80), Kordoba.
Spartak – Rubin 1:0
Barko, 74-p.
Spartak: Maksimenko, Denisov (Xluseviç, 65), Litvinov, Babiç, Ryabçuk, Zobnin, Umyarov (Martins, 85), Bonqonda (Markinyos, 85), Medina (Abena, 85), Barko, Uqalde (Nikolson, 85).
Ximki – ÇSKA 0:2
Musayev, 38. Moyzes, 62.
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa, Moyzes, Kruqovoy, Zdelar, Oblyakov, Davila (Koyta, 81), Fayzullayev (Jemaletdinov, 80), Musayev.
Orenburq – Dinamo M 2:2
Saharxizan, 20. Peres, 90+5 – Peres, 64-öz qapısına. Mauhub, 72-p.
Dinamo: Lunyov, Dasa, Balbuena, Fernandes, Skopintsev (Mariçal, 89), Çaves, Laksalt, Qladışev (Mauhub, 65), Bitello, Karraskal (Makarov, 81), Tyukavin.
Krılya Sovetov – Dinamo Mh 0:1
Qaciyev, 44.
Rostov – Fakel 4:1
Komliçenko, 23. Osipenko, 45-p. Ronaldo, 72. Qolenkov, 84 – İlyin, 68-p.
Axmat – Akron 0:0

1. Zenit 7 5 2 0 18-1 17
2. Krasnodar 7 4 3 0 9-3 15
3. Lokomotiv 7 5 0 2 15-10 15
4. Spartak 7 4 2 1 10-3 14
5. ÇSKA 7 4 1 2 15-4 13
6. Dinamo M 7 4 1 2 11-6 13
7. Rostov 7 3 2 2 13-13 11
8. Rubin 7 3 1 3 11-11 10
9. Dinamo Mh 7 2 2 3 3-6 8
10. Krılya Sovetov 7 2 0 5 6-13 6
11. Nijni Novqorod 7 2 0 5 6-15 6
12. Ximki 7 1 3 3 9-13 6
13. Orenburq 7 1 3 3 9-13 6
14. Akron 7 1 2 4 7-13 5
15. Axmat 7 0 5 2 4-10 5
16. Fakel 7 1 1 5 3-14 4

Bombardirlər: Qluşenkov (Zenit) – 7, Daku (Rubin) – 5.
Növbəti turun oyunları sentyabrın 13-15-i aralığında keçiriləcək: Akron – Ximki, ÇSKA – Zenit, Dinamo Mh – Spartak, Dinamo M – Axmat, Krasnodar – Rostov, Fakel – Nijni Novqorod, Rubin – Krılya Sovetov, Orenburq – Lokomotiv.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Maraqlı oyun alındı. Oyunçularım ən xoş sözlərə layiqdi. Hesabı daha erkən aça bilərdik. Oyunun əvvəllərində bir neçə gözəl fürsəti boşa verdik. Onları qola çevirsəydik, ikinci hissə daha asan alınardı. Amma belədə intriqa 2-ci qola qədər davam etdi. 1:0 futbolda həmişə təhlükəli hesabdı. 1 qolun qələbə üçün kifayət etmədiyi oyunları çox yaşamışıq. Oyun səviyyəmizdən razı qaldım. Hücumda yaxşı işlər gördük və tam layiqli qələbə qazandıq. Fanatlarımızı və oyunçularımı təbrik edirəm”.

Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Çox çətin oyun oldu. İlk dəqiqələrdən inamlı təsir bağışladıq. Çünki oyuna yaxşı köklənmişdik. Düzdü, ilk yarının ortalarından etibarən üstünlüyü əldən verdik. İkinci hissədə sərgilədiyimiz oyundan çox razı qaldım. “Lokomotiv” bu gün yaxşı oynadı və nahaq yerə yuxarı pillələrdə qərarlaşmadığını göstərdi. Oyun hər an onların xeyrinə də çevrilə bilərdi. Çox ağır təqvimdən keçirik. Son 11 günümüz yalnız səyahətlərdə keçib. Amma heç kim bu durumdan şikayətlənmir. Ona görə də futbolçularımla fəxr edirəm. İndi bir qədər dincəlib yığma fasiləsindən sonra keçirəcəyimiz oyunlara hazırlaşacağıq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
15
football-plus.az

10Mənbələr