EN

Marketinq şöbəsinin müdiri - VAKANSİYA

“AirGroup” MMC Marketinq şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Namizədə tələblər:

  • Ali təhsil
  • Yaş həddi: 30-40;
  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
  • Kollektivlə ünsiyyət qurma bacarığı
  • Stresə davamlı
  • Səliqəli və ciddi xarici görünüş
  • Azərbaycan , ingilis dillərini mükəmməl səviyyədə, rus dilini yaxşı səviyyədə bilməli.
  • Marketinq sahəsində min 5 il təcrübə
  • Xaricdə iş təcrübəsi üstünlükdür.

İş barədə məlumat:

• Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq
istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməlidir;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını
təşkil etməlidir;
• Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
• Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalıdır;
• Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
• Marketinq planı və büdcəsini hazırlamalıdır;
• Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək,
strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilini aparmalıdır;
• Müştəri bazasını genişləndirməlidir;
• Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət
etməlidir;
• Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat
hazırlanmalıdır;
• Şöbələrin inzibati və funksional layihələrini hazırlamalı və tədbiq edilməsinə nəzarət
etməlidir.

Əlavə məlumatlar:

• Əmək haqqı: Ştat cədvəlinə uyğun
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• Azerbaycan Respubıikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
• Korporativ nömrə və danışıq balansı

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Marketinq şöbəsinin müdiri” sözlərini qeyd edərək hr@airgroup.az e-ünvanına göndərsinlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
45
fins.az

10Sources