AZ

"Nobel Elektrik" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA

Nobel Elektrik

Xarici satınalma üzrə mütəxəssis

Son tarix 12 okt 2024 [email protected]

NOBEL ELEKTRİK MMC

Xarici satınalma üzrə mütəxəssis

Neft qaz sektorunda təcrübəsi olan Xarici satınalma üzrə mütəxəssis axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan mal-materialların yerli və xarici bazarda araşdırılması;
  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Təhlillərin aparılması və hesabatların hazırlanması;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim etmək);
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.
     

Namizədə tələblər:

Ali təhsil (İqtisadi və ya idarə etmə yönümlü);
Satın alma və ya təchizat sahəsində minimal 2-3 il iş təcrübəsi;
İncoterms və Beynəlxalq Logistika haqqında biliklərinin olması;
Kompüter bilikləri - MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləməyi bacarmalı;
Dil bilikləri: Rus və İngilis dili (danışıqlar və yazışmalar aparacaq səviyyədə);

Fəal olması və komandada işləmək bacarığı, işə planlı yanaşması;
Yüksək məsuliyyət, operativlik, diqqətcil olmaq, məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
Cins: Xanım namizədlərə üstünlük verilir;
Əmək Şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
  • 5 günlük iş qrafiki (09:00-dan 18:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 202;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı: 800-1200 AZN (namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində vakansiyanın adını “Xarici satınalma üzrə mütəxəssis” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
42
fed.az

10Mənbələr