Xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilib

Xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Bu barədə NOCOMMENT.aza Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan, Türkiyə və Pakistan respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş – 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Mənbə:
0
121
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar