AZ

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Kral

London, 26 aprel, AZƏRTAC

Böyük Britaniya Kralı III Çarlz növbəti həftədən etibarən ictimai vəzifəsinə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb. Bildirilib ki, Kralın müalicəsi hazırda davam edir və həkimlər onun səhhətindəki irəliləyişdən kifayət qədər məmnundurlar. Buna görə də, o, növbəti həftədən etibarən ictimai vəzifəsinə davam edə biləcək.

Məlumatda bildirilib ki, Kral və Kraliça Kamilla aprelin 30-da Londonda xərçəng xəstəliyi ilə müalicə mərkəzini ziyarət edəcək. Həmçinin o, iyun ayında Yaponiya İmperatorunu qəbul edəcək.

Həkimlər Kralın müalicəsinin nə qədər davam edəcəyi haqqında məlumat verməyiblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
105
2
Mənbələr
Şərh ()
Bağla