AZ

Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?..-VİDEO

Gecə saatlarında erməni mediasında Ermənistanın Tavuş mərzindən olan 20-yə yaxın müqaviləli əsgərin Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana qaytarılmasına etiraz edən Kirants kənd sakinlərinin mübarizəsinə qoşulması haqda video-görüntülər yayılıb.
 
“Kirantsda toplaşanlar onları alqışlarla və coşqu ilə qarşıladılar"
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumatda belə deyilir.
 
“Bu oğullar ilk gündən bizimlədirlər. Biz birlikdə xidmət etmişik, uzun yol keçmişik. Onlar bu gün mənə güvənir və xalqın tərəfindədirlər”, - deyə ehtiyatda olan ordu polkovniki Mihran Maxsudyan bildirib”- daha sonra xəbərdə bildirilir.
 
Ermənistan Müdafiə Nazirliyi Tavuşdan olan 20-yə yaxın müqaviləli hərbçinin sərhəd kəndlərinin sakinlərinin mübarizəsinə qoşulmasına reaksiya verib.
 
Qurumun  bəyanatında deyilir:
 
“İnternetdə Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi aksiyada hərbi geyimli şəxslərin iştirakı ilə bağlı video yayılıb.
 
Ermənistan Respublikası Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimdə olan şəxslərin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi istiqamətində tədbirlər görür.
 
Eyni zamanda, Ermənustan Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin siyasi prosesə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə adekvat hüquqi qiymət veriləcək”.

 

S.Laçın
 
Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla