Xidməti araşdırma: danışıqlardan öncə rəqibin haqda nəyi bilməlisən

İş danışıqlarını müharibə kimi də qəbul etmək olar: tərəflər rəqibin maraqlarına o qədər də önəm verməyərək öz məqsədlərinə çatmaq istəyir.

Sizə bu istiqamətdə bu sahənin mütəxəssislərindən bir neçə məsləhət təqdim edirik.

İlk növbədə məlumat, sonra isə danışıqlar

Təsəvvür edin ki, səhər vaxtı döyüşə girəcək hansısa ordunun sərkərdəsisən. Siz düşmənin harda olduğunu, əsgərlənin, silahlarının sayını alayların düzülüşünü bilmirsiniz.

Sizcə bu təqdirdə döyüşdə qalib gəlmək şansınız çox olacaq? Şübhəlidir. Bu yalnız qarşınızda kiçik ordu olduöu təqdirdə mümkündür.

Buna görə də kontragentiniz barədə məlumat yığın ki, danışıqlar apara biləsiniz: nə qədər çox məlumat alsanız strategiyanızı o qədər rahat qura biləcəksiniz.

Maliyyə, insaytlar, məqsədlər

Bu məlumatın dolğun olması danışıqlar zamanı uğuru təmin edir. Hansı məlumatın daha səmərəli olması kontragentdən asılıdır. Bu sahədə malliyyə məlumatı çox vacibdir. Onu o cümlədən açıq mənbələrdən (internet, KİV, anlaşma, fərqli peşəkar saytlar) almaq olar.

Kontragentin ətrafı və ya əməkdaşları ilə təmasa girmək. Bu sizə tələbətlar, resurlar, məqsədlər, çətinliklər, təşkilatdakı problemlərlə bağlı daxili məlumatlara yol açır.

Digər tərəfin məqsədləri

Əks tərəfin resursları və maraqları barədə məlumat əldə etdikdən sonra onun danışıqlar çərçivəsində məqsədlərini öyrənməlisiniz. Heç vaxt kontragentin məqsədlərini, planlarını və hərəkətlərini öz məqsəd, dəyər və stereotiplərinizlə ölçməyin. Kontraganet vəziyyəti başqa cür görə bilər. Çünki onun başlanğıc vəziyyəti, resursları və problemləri fərqlidir.

Rəqibin nüfuzu və danışıqları aparmaq üslubu

Keçmiş danışıqlar aparmaq davranışı əks tərəfin gələcəkdə özünü necə aparacığını göstərir. Buna görə də, əgər sizin bu kontragentlə danışıqlarınız olmayıbsa, bu təcrübəyə malik olanla danışın.

Səlahiyyətlər

Masa arxasına həmişə qərar verə bilən şəxs oturmur. Bu nə pis, nə də yaxşıdır. Sadəcə bunu əvvəlcədən anlamaq lazımdır. Bu vəziyyətdə əsas məsələ müsbət dinamikaya malik olmaqdır.

Danışıqlar bloklandığı halda qarşı tərəf daima məsləhətləşmələr, təsdiq üçün vaxt verməyi xahiş edəcək. Bu zaman qərar verə bilən şəxslərə çıxışı tələb etmək lazımdır.

0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar