AZ

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

Olimpiya Oyunlarında tennis turnirinin püşkünün atılacağı gün elan edilib. Mərasim iyulun 25-də, Bakı vaxtilə saat 13:00-da başlayacaq.

Hər bir ölkəni turnirdə maksimum 6 kişi və 6 qadın təmsil edə bilər. Fərdi yarışlarda maksimal say 4, duetdə 2, mikstdə isə bir cütlükdür. Qarışıq duetdə oynayan idmançı mütləq fərdi və ya adi duetdə iştirak etməlidir. Olimpiadaya tennisçilər reytinq əsasında seçiləcəklər.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil ediləcək. Tennisdəki qarşılaşmalar məşhur “Rolan Qarros” kortlarında olacaq.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla