Üçüncü dəfə yoxa çıxan iki uşaq anası iki ay sonra tapıldı - Azərbaycanda

Üçüncü dəfə yoxa çıxan iki uşaq anası iki ay sonra tapıldı - Azərbaycanda

Azərforum xəbər verir ki, Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

Bu barədə “Report”a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.  B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib. B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək. Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.  Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedir.

0
3098
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar