Sumqayıtda bir sinfin yeddi şagirdi 600-dən yuxarı bal yığdı

Sumqayıtda bir sinfin yeddi məzunu qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb.

XəzərXəbər xəbər verir ki, Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Novruzova Zülfiyyənin rəhbərlik etdiyi 11B sinfi 2019-2020-ci tədris ilində yüksək nəticələr göstərib.

Belə ki, sinfin 7 məzun fərqlənmə attestatına layiq görülüb, ali məktəbə qəbul nəticələrinə görə 7 məzun 600-dən yuxarı, 4 məzun isə 500-dən yuxarı bal toplayıb.

0
373
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar