AZ

"Mançester Yunayted"in baş məşqçisi üç media orqanına qadağa qoydu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq üç media orqanının onun mətbuat konfransında iştirakına qadağa qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Niderlandlı mütəxəssis “The Sun”, "Manchester Evening News" və "The Mirror" kimi İngiltərə mətbuatı orqanlarının nümayəndələrinin Premyer Liqanın 35-ci turunun "Bernli" ilə oyunu öncəsi keçirdiyi mətbuat konfransında iştirak etməsini istəməyib. Buna səbəb sözügedən nəşrlərin baş məşqçiyə qarşı edilən tənqidlərdir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer liqasının turnir cədvəlində 53 xalla (33 oyun) 6-cı yerdə, “Bernli” isə 23 xalla (34 oyun) 19-cu yerdə qərarlaşır. Sözügedən matç isə sabah keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bizim.Media

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla