AZ

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Ankara, 27 aprel, AZƏRTAC

Bu gün Ankara Ticarət Palatasının Konqres və Sərgi Mərkəzində (ATO Congresium) 20-ci Ankara kitab sərgisi açılıb.

Yubiley sərgisinin təşkilat komitəsinin nümayəndəsi Metin Kale AZƏRTAC-a bildirib ki, on gün ərzində 350 müxtəlif stenddə Türkiyənin hər yerindən mindən çox nəşriyyatın məhsulları təqdim olunacaq.

Yaponiya bu il sözügedən mədəni tədbirin qonaq ölkəsi seçilib.

Sərgi çərçivəsində çoxsaylı mühazirələrin, təqdimatların keçirilməsi, avtoqraf sessiyalarının təşkil olunması planlaşdırılır.

“Sərgini ən azı yarım milyon kitabsevər ziyarət edəcək”, - M.Kanusta vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
151
1
Mənbələr
Şərh ()
Bağla