Sivas Cumhuriyət Universitetinin rektoru Prof. Dr. Alim Yıldız SCU -da təhsil həyatına başlayan Qarabağ şəhidləri və qaziləri ilə görüşüb. "Azerforum" xəbər verir ki, SCU Senat Toplantı Salonunda keçirilən tədbirə rektor Prof. Dr. Alim Yıldız, Beynəlxalq Tələbə Ofisi Koordinatoru Dos. Dr. Yusuf Yıldırım və Qarabağ şəhid və qazi uşaqları qatılıb.
Rektora Alim Yıldız Qarabağda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə sağlam və dinc həyat arzulayıb: "Lisans təhsilinə Universitetimizdə başlamağınız bizə qürur və xoşbəxtlik verdi. Təhsilinizi bitirdikdən sonra ölkənizə qayıdanda orada yaxşı nəaliyyətlər əldə edəcəyinizə inanırıq. Bundan əlavə, sizin sayənizdə iki qardaş ölkə arasındakı əlaqələr daha da güclənəcəkdir. İlk növbədə könüllü səfirlərimizsiniz”