Sabah nə geyinim?

Dünyanın məşhur modelyerləri hər zaman həftənin ilk iş günü seçdiyiniz geyimin önəmli olduğunu bildirir. Çünki həftənin ilk günü əhvalınız, özünüzə güvəniniz yüksək olmalıdır. Beləcə, siz həftəboyu daha uğurlu işlərə imza ata biləcəksiniz. Necə deyərlər, həftəyə necə başlasanız, eləcə də bitirəcəksiniz.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modelyerlər bazarertəsi üçün bir neçə tərz məsləhət görür. Onlar aşağıdakılardır.

İngiltərədə alimlər araşdırma apararkən müəyyən ediblər ki, qadınlar bazar ertəsi güzgü qarşısında 38 dəqiqə vaxt keçirir. Çərşənbə axşamı bu vaxt 32-yə, çərşənbə günü 30-a düşür.

Həftənin ilk iş günü bir az rahat, bir az da şık kombin seçməlisiniz. Paltarın rəngli olmasına üstünlük verin. Bu, qısa ətək, üstünə adi kofta ola bilər. Ya da cins şalvar, boş köynəklə həftəyə başlaya bilərsiniz. Əgər don geyinmək istəyirsinizsə, çalışın çox uzun olmasın. Ayağınıza isə çox hündür ayaqqabı seçməyin. Dabanı az olan bir klassik ayaqqabı kombininizi tamamlayacaq. Əgər sizin iş həyatınız imkan verirsə, bunu altıüz idman ayaqqabısı ilə də tamamlaya bilərsiniz. Bu günün rəngləri bej, ağ, qara, krem rəngi, mavi və bozdur.

Çərşənbə axşamı artıq rahatlığınıza fikir verməyin. Bu günü enli bir şalvar, üzərinə klassik köynək seçə bilərsiniz. Uzun ətək və üstündə boş kofta da sizi dəbli göstərəcək. çalışın hündürdaban ayaqqabı seçin. Bu günün rəngləri isə mavi, boz, yaşıl, bej, qızılı və ağdır.

Çərşənbə günü uzun don geyinin. Bu gün siz ayaqqabı seçimində sərbəstiniz. İstəyən hündürdaban, istəyən idman tərzinə üstünlük verə bilər. Bu günün önəmli rəngi yaşıldır. Eyni zamanda göy, qızılı, sarı da geyiminizdə seçə bilərsiniz.

Cümə axşamı daha çox aksessuara üstünlük verin. Sadə bir don geyinib tərzinizi böyük kəmərlə tamamlaya bilərsiniz. Bu günü bənövşəyi, mavi, çəhrayı rənglər seçin.

Cümə günü daha çox rahat geyim seçin. Bütün həftəboyu yığdığınız yorğunluq bu gün sizi daha çox narahat edəcək. Ona görə də dar olmayan don, şalvar, kofta seçə bilərsiniz. Qırmızı, çəhrayı, sarı, bej və digər parıldayan rənglər seçin.

Mənbə:
0
110
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar