AZ

Tarixçilər qlobal bahalaşma fonunda maraqlı faktları AÇIQLAYIB – Qədim qiymətlər

Dündaya gedən bahalaşma və inflyasiya ciddi narahatlıq doğurur. Bununla bağlı beynəlxalq insitutlar, beyin mərkəzləri mühüm araşdırmalar aparır.

KONKRET.az xəbər verir ki, İtaliyada aparıılan araşdırma faktlar isə bu baxımdan ciddi marağa səbəb olub. Söhbət qədim Romada ərzaq məhsullarının qiyməti və gündəlik əməkhaqlarından gedir.

Tarixçi alimlərin gəldiyi elmi qənaətə görə, hələ eramızdan əvvəl 1-ci minillikdə işçilərin gündəlik orta əməkhaqqı təxminən 2 sestersiya olub. Pul vahidi sestersiyanın 16-da bir hissəsi isə 1 as (qəpik) təşkil edib.

Tarixçilər həmin dövrün ərzaq qiymətlərini müəyyən ediblər. Onlar aşağıdakə kimidir:

– Çörək – funt başına 1 aa (1/16 sestersiya).

– Şərab – litr üçün 2 as.

– Kərə yağı – hər funt üçün 2 as (450 qram).

– Ət – növündən asılı olaraq hər funt üçün 5-10 as.

– Zeytun – hər funt üçün 2-4 as.

– Meyvələr – mövsümdən və növdən asılı olaraq bir funt üçün 2-6 as.

Göründüyü ki, ərzaq qiymətləri əksər sakinlər üçün kifayət qədər münasib olub. Lakin orta aylıq əmək haqqı o səviyyədə idi ki, xüsusilə adi işçilər arasında böyük sərvət toplamağa imkan vermirdi.

Hazırladı: Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
1
Mənbələr
Şərh ()
Bağla