AZ

Azərbaycan Basketbol Liqası: “Neftçi” uduzub, "Xırdalan" yarımfinalda

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinincavab matçlarına start verilib.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, ilk oyun günündə “Neftçi” və “Xırdalan” üz-üzəgəlib.

Birinci görüşdə uduzan “ağ-qaralar” revanş ala bilməyiblər."Neftçi" uzun müddət hesabda öndə olsa da, son dəqiqədə “Xırdalan”hər şeyi öz xeyrinə dəyişib. 76:73 hesabı ilə qalib gələn UğurÖzdemirin komandası ilk yarımfinalçı olub.

Qeyd edək ki, "Xırdalan" yarımfinalda "Sabah"la, “Xəzri” -“Sərhədçi” görüşünün güclüsü isə NTD-İNDİQO ilə qüvvəsinisınayacaq.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
Mənbələr
Şərh ()
Bağla