Qənirə Paşayeva Vətən Müharibəsi qəhrəmanı, şəhid İbrahim İbrahimovun anası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı şəhər, Binəqədi rayon sakini, Vətən Müharibəsinin şəhidi İbrahim Abdulla oğlu İbrahimovun anası Rəsmiyyə Seyfəddin qızı İbrahimova ilə Milli Məclisdə görüşüb. Şəhid hərbi qulluqçunun anası ilə ürək sözlərini bölüşən Komitə sədri deyib:

“Əziz şəhid anası,

Siz, Azərbaycan Silahlı Qüvvələrinin 21 yaşında Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçunun anasısız. Oğlunuz Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fədakarlıqla iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa istiqamətində mərdliklə döyüşüb.

Oğlunuz, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə, Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

İbrahim kimi gənclərimizlə hər zaman qürur duyacağıq.

Vətən Müharibəsindəki tarixi zəfərimizin sevincini, qürurunu daha çox Siz şəhid anaları haqq edirsiz. Vətəncanlı övlad böyütdüyünüz üçün sizə minnətdarıq. İbrahimin əziz ruhu qarşısında ehtiramla baş əyirik”!

Q.Paşayeva şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Görüşdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib.

 

0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar