AZ

Naftalanda əmək yarmarkası təşkil edilib

Naftalan Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə işsiz və işaxtaran sakinlər üçün əmək yarmarkası təşkil edilib.

Tədbirdə ŞİHB-nın müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev və digər məsul əməkdaşlar iştirak edib. İştirakçılara Agentliyin fəaliyyət istiqamətləri haqqında, şəhər ərazisində əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən məlumat verillmiş, işəgötürənlərə və işaxtaranlara uğurlar arzulanmışdır.

Həmçinin, natiqlər işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələbləri də vurğulamışlar.

Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə, 15 müəssisə tərəfindən 155 sayda boş iş yerləri (əməkhaqqı 345 - 1100 manat aralığında) təqdim olunmuşdur. Əmək yarmarkasında 72 nəfər işaxtaran vətəndaş elektron qeydiyyatdan keçmişdir.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edənlərin şəxsi işləri qəbul
edilərək, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla