"Qəbələ" darmadağınla qalib gəldi

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Axar.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. Matçın 83-cü dəqiqəsində Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

Oyunun 85-ci dəqiqəsində “Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Görüşün 90+1-ci dəqiqəsində Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib. Matçın 90+4-cü dəqiqəsində isə İsnik Alimi matçda son nöqtəni qoyub.

Xallarının sayını 10-a çatdıran “Qəbələ” birinci pilləyə yüksəlib. “Səbail” isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “Sabah”ı qəbul edəcək. Sentyabrın 19-da “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ”-“Sumqayıt” görüşü ilə yekun vurulacaq.

Mənbə:
0
81
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar