AZ

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniştərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranınüzvləri, hüquq-mühafızə orqanlarının və regional idarələrinrəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələrivə qazilər iştirak edib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizinbütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Abşeron RİH başçısı Abdin Fərzəliyev giriş nitqi ilə çıxışedib. Bildirib ki, günü-gündən inkişaf edən müstəqil AzərbaycanRespublikası artıq Cənubi Qafqazda lider ölkə hesab olunur.Ölkəmizin sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin siyasikursunun nəticəsidir və bu gün bu ideyalar Ulu Öndərin layiqlidavamçısı Prezidentimiz cənab İlham Əliyevin tərəfindən uğurladavam etdirilir.

Müasir tariximizə yaddaşlara yazılan ötən dövrdə Prezident İlhamƏliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığısiyasət nəticəsində Azərbaycan Respublikası böyük inkişaf yolukeçmişdir, müxtəlif sferalarda misilsiz qələbələr qazanmışdır. 19aprel tarixində 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qantökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlhamƏliyevin növbəti qələbəsidir.

Sonra A.Fərzəliyev bildirib ki, Azərbaycan xalqının ÜmummilliLideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi vədövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili münasibətiləAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamıilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elanedilib. “Heydər Əliyev İli” çərçivəsində qədirbilən xalqımız onuağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzmi və iradəsi,dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, ona xoşbəxtlikbəxş etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərinehtiramla yad edib, ölkəmizdə, o cümlədən bir çox xarici ölkələrdəUlu Öndərin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib. “HeydərƏliyev İli” çərçivəsində ötən il ərzində Abşeron Rayon İcraHakimiyyəti və rayon təşkilatları tərəfindən də çoxsaylı tədbirlərhəyata keçirilib, Ulu Öndərin əvəzedilməz və əziz xatirəsi rayonictimaiyyəti tərəfindən dərin ehtiramla yad olunub.

Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin100 illik yubileyi qaşılıqlı dostluq əlaqələrimiz olan RusiyaFederasiyasının Həştərxan vilayətində də təntənəli şəkildə qeydedilmiş, bir çox tədbirlər - müxtəlif sərgi və müsabiqələr, dəyirmimasalar, forumlar, dialoqlar, ağacəkmə aksiyaları, konsertproqramları, Azərbaycan günləri və Ulu Öndərin siyasi fəaliyyətinəhəsr edilmiş digər tədbirlər həyata keçirilmişdir.
A.Fərzəliyev daha sonra rayon ərazisində həyata keçirilən abadlıqvə quruculuq işlərindən bəhs edib. Bildirilib ki, Abşeron RİHtərəfindən mövcud yaşıllıqların qorunması və artırılması, həmçininekoloji tarazlığın qorunmasına böyük diqqət ayırılıb.

Ulu Öndərin bu sahəyə xüsusi diqqətini nəzərə alaraq “HeydərƏliyev İli” çərçivəsində tərəfimizdən rayonun bütün ərazisini əhatəedərək ağacəkmə aksiyaları keçirilib, 20.000-dən artıq müxtəlif növağac əkilib, ağaclara davamlı qulluq üçün suvarma sistemi qurulubvə aqrotexniki xidmət göstərilib.

A.Fərzəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə iqlim dəyişmələrinəqarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsiməqsədilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”elan edilib. Təsdiq edilmiş “Tədbirlər Planı”nın müvafiqbəndlərinin icrası ilə əlaqədar olaraq Abşeron rayonunda “Yaşıldünya naminə həmrəy olaq” şüarı altında dövlət və özəl müəssisələribirgə silsilə tədbirlər təşkil olunur, o cümlədən ekolojitarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilərayon ərazisində mütəmadi xarakterli abadlaşma və yaşıllaşdırmaişləri həyata keçirilir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29tədbirinin keçirilməsi ilə əlaqədar RİH və aidiyyatı qurumlartərəfindən üzərinə düşən vəzifələrin icrası ilə bağlı görüləcəkişlər planlaşdırılıb, aidiyyatı üzrə tapşırıqlar verilib vəgörüləcək işlər nəzarətə götürülüb.

Bildirilib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət vəqayğısı sayəsində ötən dövr ərzində həyata keçirilmiş çoxsaylıuğurlu layihələrdən biri də, Abşeron rayonu ərazisində imtiyazlıailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədiləsalınmış yeni yaşayış massividir.

Yaşayış massivinin Abşeron rayonunun hər hansı bir yaşayışməntəqəsinin inzibati ərazisində yerləşməməsini nəzərə alaraq,əhaliyə yerli dövlət hakimiyyəti orqanlarının daha da əlçatanolması üçün həmin yaşayış massivinə qəsəbə statusu verilməklə ərazivahidi kimi qeydə alınması və onun idarə edilməsininasanlaşdırılması təkliflərinə Azərbaycan Hökuməti tərəfindən müsbətyanaşılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qisməndəyişiklik edilməsi haqqında” 06 aprel 2024-cü il tarixli Sərəncamıilə sözügedən yaşayış massivinə qəsəbə statusu verilib və Şəfəqqəsəbəsi adlandırılıb. Sakinlərlə keçirilən görüşlər zamanısakinlər də öz növbəsində göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərinminnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.

Daha sonra Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqovhesabat xarakterli geniş məruzə ilə çıxış edib. İclasda rayon icrahakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazinümayəndəliklərinin fəaliyyətləri təhlil olunub, mövcud problemlərvə qarşıda duran məsələlər müzakirə edilib, müvafiq tapşırıq vətövsiyələr verilib.

Tədbirin gedişatında Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi(1923-2023)” yubiley medalı ilə təltif edilmiş Abbasova DilşadSalman qızına, İsmayılova Xatirə Yolçu qızına, Hüseynova TəyyubəYəhya qızına medalları təqdim edilib. O cümlədən AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşRİH-in əməkdaşı İlahə Eyvazovaya medalın təqdim olunub.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Seçilən
41
6
Mənbələr
Şərh ()
Bağla