AZ

20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto

20-yə

Gizli tunel qazaraq həbsxanadan qaçmağa çalışan məhbusların hamısı saxlanılıb.

Reyting.az
xəbər verir ki, hadisə Cənubi Amerika ölkəsində - 28 milyon əhalisi olan Venesuelada qeydə alınıb.

Ölkənin Maracaibo həbsxanasından 20-yə yaxın məhbus qaçmağa cəhd edib. Günlərləgizli tunel qazan məhbuslar nəhayət tunelə girərək qaçmağa başlayıb. Tunelin digər hissəsində isə məhbusları həbsxana mühafizəçiləri və polis gözləyib.

Kameraya düşən görüntülərdə tuneldən güclə çıxan məhbusların bir-bir polislər tərəfindən tutulması dünya mediasında böyük səs-küyə səbəb olub. Səlahiyyətlilər xatırladıblar ki, məhbuslar uzun müddətdir tunel qazıb, həbsxanada kiçikmiqyaslı iğtişaş zamanı qaçmaq üçün fürsət gözləyiblər.



Məlumata görə, tuneldən qaçmağa çalışan 3 məhbus iğtişaş zamanı yüngül xəsarət alıb və yaxalandıqdan sonra xəstəxanaya aparılıblar.

Mövzu ilə bağlı açıqlama verən polis deyib ki, hər şey nəzarətdədir və itki yoxdur.

Maracaibonun polis rəisi həbsxanada qaçmaq cəhdin uğursuz olduğunu və yaxın günlərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib.

V. QULİYEV

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla