Qabaqcıl “MediaTek Dimensity 2000” prosessoru nə vaxt buraxılacaq?

“MediaTek” şirkəti növbəti ilin birinci-ikinci rübündə yuxarı qiymət seqmentli smartfonlar üçün məhsuldar “Dimensity 2000” mobil prosessorunu təqdim etmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, prosessorun istehsalı ilə “TSMC” şirkəti məşğul olacaq. Bununla yanaşı, əvvəllər gözlənildiyi kimi, 5 nanometrlik yox, 4 nanometrlik texnologiya tətbiq ediləcək.

Bildirilir ki, “Dimensity 2000” prosessorunun tərkibinə bir neçə hesablama bloku daxil olacaq. Onların biri biraxınlı proqramlarda məhsuldarlığa görə “Cortex-X1” nüvələrini təxminən 16 faiz üstələyən güclü “Cortex-X2” nüvələri ilə təchiz olunacaq. Daha bir blok “Cortex-A710” nüvələrini özündə birləşdirəcək: onların sürəti “Cortex-A78” ilə müqayisədə 10 faiz çoxdur.

Prosessor məhsuldarlığına görə “Mali-G78” sürətləndiricisini 20 faiz üstələyən “Mali-G710” qrafik sürətləndiricisindən istifadə edəcək.

“Dimensity 2000” prosessorunun tərkibinə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən qabaqcıl model daxil olacaq. Platforma yüksək təsvir ölçüsünə malik çoxmodullu kameraların və böyük yeniləmə tezlikli ekranların dəstəyini təmin edəcək.

0
24
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar