AZ

"Adana Demirspor" - "Qalatasaray" matçının VAR hakimi portuqaliyalı oldu

"Qalatasaray"ın bu axşam "Adana Dəmirspor"u qəbul edəcəyi matçın VAR hakimi bəlli olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük həyəcana şahidlik edəcək matçın VAR hakimi vəzifəsinə portuqaliyalı Andre Narciso təyin edilib.

Xatırladaq ki, Türkiyə Super Liqasının 34-cü turunun açılış matçında bu axşam "Qalatasaray" səfərdə "Adana Dəmirspor"la qarşılaşacaq. Türkiyə vaxtı ilə saat 20:00-da başlayacaq matçın baş hakimi Bahattin Şimşək, VAR hakimləri Emre Kargın, Deniz Caner Özaral və Alper Ulusoydur.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla