AZ

Evliliklərdə yaş fərqi VACİBDİR? "Makron özündən 20 yaş böyük "arvad alır", niyə başqasına olmaz"- Maraqlı AÇIQLAMA

Evliliklərdə yaş fərqi VACİBDİR? "Makron özündən 20 yaş böyük "arvad alır", niyə başqasına olmaz"- Maraqlı AÇIQLAMA

Bu gün ara-sıra mətbuatda 20-25 yaşlı gənc oğlanların özündən yaşca böyük xanımlarla ailə qurması ilə bağlı xəbərlər gedir. Həət vir neçə ölkənin prezidentinin həyat yoldaşı özündən yaşca böyükdür. Ailə quran cütlüklərdə, qadının kişidən böyük olması gələcəkdə ailə hansı problemlərin yaranmasına gətirib çıxara bilər?

Bununla bağlı Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu sahədə sərt metodların tətbiq edilməsinə ehtiyac yoxdur:

"Çünki insana başa salmaq istəyən zaman deyəcək ki, sevirəm. Sevgiyədə limit qoymaq artır bir qədər absurd addım olar. Amma bu istiqamətdə çox geniş maarifləndirmə işləri aparılmalıdır. Belə adam nikaha gedəndə nikahı kəsmədən əvvəl müəyyən müddət onlarla danışıq aparmaq lazımdır. Çünki yaş fərqi böyük olanda bundan sonra ailədə gərginlik yaranmasına səbəb ola bilər. Ona görə də bu məsələnin daha çox sosial tərəfi diqqət mərkəzində olur. Mənəvi tərəfidə var. Burada limit qoysaq bütün dünya əks-səda yaranar. Bir tərəfdən Makronun arvadı özündən 20-30 yaş özündən böyükdür. Deyəcəklər ki, bir ölkənin prezidenti özündən 20 yaş böyük "arvad alır", niyə başqasına olmaz. Bu baxımdan dünyada yaxşı səslənməyə bilər. Amma geniş maarifləndirmə işi apara bilərik. Çalışmaq lazımdır ki, bu kimi halların qarşısı alınsın. Çünki bu fərq istər-istəməz ailəni institunun özünə səbəb olur və ailənin dağılmasını çoxaldır. Bu baxımdan müəyyən söhbətlərin aparılmasına ehtiyac var".

Sevda Səfərova

.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla