Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 6 ayın nəticələri müzakirə olunub

Xeberler.az məlumat verir ki, iyulun 8-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2021-ci ilin birinci yarımilinin yekunlarına və ilin sonuna kimi qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.Ölkədəki pandemiya vəziyyəti nəzərə almaqla keçirilən iclası giriş sözü ilə açan Xidmət rəisinin səlahiyyətlərini müvəqqəti icra edən, general-leytenant Mürsəl Vəliyev ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri olduğunu, uzun illər işğal altında qalan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edildiyini, tarixi ədalət bərpa olunduğunu qeyd etmişdir.

Hesabat yığıncağının iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra 44 günlük müharibə dövründə Xidmət əməkdaşlarının istər ön cəbhədə hərbi hissələri döyüş əməliyyatları üçün son dərəcə əhəmiyyətli olan rabitə əlqələrinin yaradılması üçün gördüyü işlər,istərsə də arxa cəbhədə Dövlət İnformasiya Resurslarına olan kiberhücum cəhdlərinin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi barədə məlumat verilmişdir.

Çıxışlarda cari ilin altı ayı ərzində dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, dövlətlərarası hökumət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi eləcədə, dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqinin həyata keçirilməsi üzrə görülmüş işlər haqda ətraflı məlumatlar verdilər.

İclasa yekun vuran Xidmət rəisinin səlahiyyətlərini müvəqqəti icra edən, general-leytenant Mürsəl Vəliyev 2021-ci ilin altı ayı ərzində kollektiv tərəfindən əldə edilmiş müsbət nəticələrlə yanaşı, bəzi sahələrdə müəyyən nöqsanları da vurğulayaraq, aradan qaldırılması, həmçinin, qarşıda duran vəzifələr barədə konkret tapşırıqlarını verərək, Xidmətin maddi texniki təminatının gücləndirilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd etmiş, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirməklə əmin etmişdir ki, Xidmət qarşısında qoyulmuş bütün vəzifələr bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Mənbə:
0
530
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar