AZ

Gürcüstanla ABŞ arasında gərginlik pik həddə: İmtina etdilər

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ tərəfinin ona qoyduğu şərtlərə görə bu ölkəyə səfərdən imtina edib. Bu, “xarici agentlər haqqında” qanun layihəsinin müvəqqəti geri götürülməsi ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ səfirliyi Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrinin Amerikaya dəvət edildiyini, gürcü tərəfinin bundan imtina etdiyini bildirdi. Bunu dəqiqləşdirmək istərdik ki, Gürcüstan baş naziri ABŞ-yə dəvət olunub, amma şərt irəli sürülüb ki, səfərdən əvvəl Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsini müvəqqəti dayandırmalıdır”, - XİN bildirir.

Nazirlik qeyd edir ki, şərtlər qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir.

ABŞ səfirliyi dünən Tiflisin Vaşinqtonla strateji tərəfdaşlıqdan imtina etdiyini də açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla