AZ

Uşaq birliyi rəhbərinin yaratdığı konfliktə aydınlıq gətirildi

Məktəbdə uşaq birliyi rəhbəri kimi çalışan (müvafiq səbəblərə görə adı qeyd olunmur) əməkdaş xeyli müddətdir ki, vəzifə səlahiyyətlərinə dair üzərinə düşən işləri yerinə yetirmir, təhsil müəssisəsinin normal fəaliyyətini pozur və məqsədyönlü konfliktlər yaradır.

 

Bu barədə Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən 97 saylı məktəbdən AzEdu.az-a məlumat verilib.

 

Məktəbdən bildirilib ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən həmin əməkdaşla dəfələrlə söhbətlər aparılıb, ona vəzifə funksiyaları və öhdəlikləri izah olunub, normal fəaliyyəti üçün müvafiq dəstək göstərilib.

 

O, 03.05.2024-cü il tarixində səhər saatlarında məktəbə gələrək heç kimlə ünsiyyət qurmadan otağına daxil olub və qapını bağlayıb. Daha sonra isə sosial şəbəkə səhifəsində paylaşım edib.

 

Məsələdən xəbərdar olan məktəb rəhbərliyi dərhal hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verib. Hazırda aidiyyəti üzrə araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla