• Şikayət et

Roma papası istefa verə bilər

Papa Fransiskin istefa verəcəyi gözlənilir.

ONN media “Guardian”a istinadla xəbər verir ki, bu ehtimal mayın əvvəllərindən yayılıb.

85 yaşlı Papa Fransisk əlil arabasında ilk dəfə peyda olandan onun keçmiş katolik lideri XVI Benediktin yolu ilə getmək istəyə biləcəyi ilə bağlı dövriyəyyə fərziyyələr buraxılıb.

Onun avqustun 27-də yeni kardinalları təyin etmək üçün Papa Senatını çağırmaq barədə qeyri-adi qərarından sonra fərziyyə daha da güclənib.

XVI Benedikt 8 il papa olub və 2013-cü il fevralın 28-də təqaüdə çıxdığını elan edərkən dünyanı şoka salıb və 600 ildə istefa verən ilk Papa olub. O, bir çox səyahətlərin tələb etdiyi ağır işi yerinə yetirmək qüdrətinə malik olmadığını o zaman açıq şəkildə bildirmişdi.

 

Mənbə:
0
958
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar