AZ

Əcnəbi forvard "Qarabağ"la oyun öncəsi vəd verməyə ehtiyat etdi

"Sumqayıt"ın forvardı Erik Sorqa Sportinfo.az-a açıqlama verib.

Estoniyalı hücumçu Premyer Liqanın 32-ci turunda üz-üzə gələcəkləri "Qarabağ"la oyun barədə danşıb:

“Qarabağ”la oyunlar hər zaman çətin oyunlardan biri hesab olunur. Çempion olmalarına baxmayaraq, onlara qarşı oynamaq asan olmayacaq. Amma əlimizdən gələni etməyə çalışacağıq".

24 yaşlı əcnəbi oyunçu arxada qalan 31 turda 4 dəfə fərqlənməyi bacarıb. Onun vurduğu qollar arasında ən baxımlısı məhz Ağdam təmsilçisinin qapısından keçirdiyi qol olub. Erik "növbəti baxımlı qol üçün azarkeşlərə söz verirsənmi" sualına belə cavab verib:

"Növbəti dəfə baxımlı qol vuracağımla bağlı vəd vermək çox böyük sözdür. Sadəcə məqsədlərimizə çatmaq üçün komandama kömək etmək istəyirəm. Bu yolda əlimdən gələn hər şeyi edəcəyəm".

XANOĞLAN

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla