AZ

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

Finlandiyaya gələn turistlərin sayı 2019-cu ildən bəri təxminən 20% azalıb. 

Valyuta.az xəbər verir ki, bu barədə yerli “Yle” portalı statistikaya istinadən məlumat yayıb.

Turist axınının azalmasının əsas səbəbi Rusiya, Çin və Yaponiyadan olan səyahətçilər arasında destinasiyaya tələbatın azalmasıdır. Belə ki, ötən il bu üç ölkədən gələn turistlərin sayı COVID-dən əvvəlki dövrlərlə müqayisədə orta hesabla bir milyon az olub.

Ümumilikdə ötən il ölkəyə 6 milyona yaxın əcnəbi səfər edib. Onlar ölkədə 2,4 milyard avrodan çox pul xərcləyiblər: 2019-cu ildə Finlandiyaya 3,3 milyard avrodan çox pul qoyan təxminən 7,1 milyon turist gəlib.

Ekspertlər etiraf edirlər ki, sənaye çətin vəziyyətlə üzləşib. Finlandiya turoperatorları Avropa və Şimali Amerikadan turistləri cəlb etmək üçün mümkün olan hər şeyi edirlər.

Paşa Məmmədli
 

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla