Moskvada sutkada 1,3 milyondan çox insan onlayn səs verdi

Səkkizinci çağırış Rusiya Dövlət Dumasına üç günlük seçkilər davam edir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada ötən sutka ərzində Moskvada 1,3 milyondan çox insan onlayn səsvermədə iştirak edib.

Bildirilir ki, onlayn səsvermə sentyabrın 17-si Moskva vaxtı ilə 08:00-da başlayıb və sentyabrın 19-u 20:00-da başa çatacaq.

Qeyd edək ki, Dövlət Dumasına seçkilər regional və bələdiyyə seçkiləri ilə paralel olaraq keçirilir. Vətəndaşlar Moskva və həmçinin Kursk, Nijni Novqorod, Yaroslavl, Murmansk və Rostov bölgələrində, həmçinin Sevastopol şəhərində onlayn səsvermədən istifadə edə bilərlər. Ümumilikdə, Moskva şəhərində onlayn seçicilərin sayı 2 milyon 14 min 765 nəfər təşkil edir.

 

Mənbə:
0
959
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar