• Şikayət et

Macarıstan Rusiyadan aldığı qazın dəyərini rublla ödəyəcək

Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bildirib ki, Rusiyadan aldıqları neft və qaza görə ödənişi Moskvanın tətbiq etdiyi sxem üzrə həyata keçirəcəklər. Bu barədə o, CNN telekanalına müsahibəsində bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

Siyarto deyib: “Bizm istifadə etdiyimiz qa­zın 85 faizi, neftin isə 65 faizi Rusiyadan daxil olur. Niyə? Ona görə ki, bunu infrastruktur müəyyənləşdirir. Bu, əyləncə məsələsi deyil və vəziyyəti də biz seçməmişik”.

O, əlavə edib ki, Macarıstanın yaxın bir neçə ildə Rusiya enerjidaşıyıcılarının imti­na etməsinə imkan verən heç bir alternativ mənbəyi, yaxud marşrutu yoxdur.

Telekanal xatırladıb ki, bir neçə ölkə ödənişi Moskva sxemi əsasında etməyə razılaşıb. Belə ki, Avropa Komissiyasının keçən həftə dərc etdiyi sənəddə qeyd olunur ki, Avropa İttifaqı qanunvericiliyini pozma­dan Rusiyanın irəli sürdüyü qaydalara əməl etmək “mümkün görünür”.

Bir qədər əvvəl Siyarto Macarıstanın “Hungary Today” portalına bildirmişdi ki, Rusiya qazı ölkəyə Moskva ilə razılaşdırılmış müqavilə və qrafikə uyğun olaraq göndərilir: “Mən hamını sakitləşdirmək istəyirəm, Bolqarıstana qaz nəqlinin dayandırılması bu ölkədən keçməklə qazın digər ölkələrə ötürülməsinə mane olmayacaq”.

XİN başçısı deyib: “Biz həll yolunu tapmışıq. Macarıstan ödənişi avro ilə “Qazprombank”a edir, sonra isə bank onu rubla çevirərək “Qazprom Eksport”a göndərir”.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti ödənişi rublla etmədikləri üçün Bolqarıstanın “Bulqarqaz” və Polşanın PGNİG şirkətlərinə qaz verilməsini tamamilə dayandırıb. Belə ki, “Qazprom”a aprelin 26-na qədər bu şirkətlərdən rublla ödəniş daxil olmayıb. Amma əvvəlcədən xəbərdarlıq edilib ki, apre­lin 1-dən qaza görə ödəniş rublla olacaq.

Mənbə:
0
1625
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar