AZ

"Neftçi"nin legioneri üzr istədi: “Biz onları sevindirə bilmirik“

“Qarabağ”a qarşı oynamaq həmişə çətin olur“.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin legioneri Yuri Matias deyib.

Braziliyalı müdafiəçi Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a 1:4 hesabı ilə (ilk matç 0:4) uduzaraq mübarizəni dayandırdıqları cavab görüşü haqda danışıb:

”Hamı bilir ki, çox yaxşı komandadır. Oyunçuları keyfiyyətlidir, hər oyun bunu göstərirlər.

Azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizdən hər oyun qələbə gözləyirlər, əsasən də derbi oyunlarında.

Ancaq biz onları sevindirə bilmirik. Düşünürəm ki, biz oyunçular əlimizdən gələni etdik, amma bu, qələbə qazanmağa kifayət etmədi”.

Seçilən
124
Mənbələr
Şərh ()
Bağla