• Şikayət et

“Həyat yoldaşım maşına görə məni və uşaqlarını atdı“ - Elza Seyidcahan

"Böyük kişilər var ki, uşaqlarını maşına, vəzifəyə görə atırlar. Maşınlar ailə dağıdır".

Cia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Təsir dairəsi" proqramında deyib. Müğənni ailəsinin dağılma səbəbinin avtomobil olduğunu söyləyib:

"Mən də o, günü yaşamışam. Yoldaşımın "06" markalı avtomobili var idi. Bir şey olan kimi anası açarı götürürdü. Əlbəttə, sonda nə məni, nə uşaqlarını seçdi. Qırmızı "06"nı seçdi. Vaxt var idi maşında öndə oturmağa ixtiyarım yox idi. Ailədir, deyirdin, öndə oturum. Öndə ancaq baldızım, qayınanam otura bilərdi. Hələ qayınanam düşəndə bir acıq da verirdi.

İndi öz cipimdə keçəndə görürəm onlardan kimsə yol kənarında dayanıb. İstəyirəm saxlayım oturum. Deyirlər, bəxtəvar, maşının var. Əziyyətlə müdrikliklə, salehliklə almışam".

Mənbə:
0
137
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar