AZ

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Çinə qarşı texnoloji blokadada ittiham edib

ABŞ daim dənizdə regional gərginlik yaradır, birtərəfli sanksiyaları sərtləşdirir və Çinə qarşı texnoloji blokada tətbiq edir.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Son zamanlar Birləşmiş Ştatlar müttəfiq adlandırılan ölkələri öz tərəfinə çəkməyə davam edir, regional gərginliyi daim təhrik edir və qızışdırır”, – Vanq Yi bildirib.

Diplomat əlavə edib ki, Çin dünyaya əməkdaşlıq, inkişaf gətirir və ABŞ-dan gələn sanksiyalar ÇXR-in inkişafına mane ola bilməyəcək.

Bundan əvvəl Vanq Yi Çin və ABŞ arasında hipotetik münaqişənin hər iki ölkə üçün itki ilə nəticələnəcəyini bildirib.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla