• Şikayət et

“Neftçi”nin yeni transferi “Sportinfo”nun bu FOTOFAKTından ŞOKa düşdü

İnternet qaynaqlarında “Neftçi”nin yeni futbolçusu, tam adı Eddi Silvestr Paskual İsrafilovu axtarışa verəndə, daha bir Eddi ilə rastlaşmaq mümkündür.

Bu, Eddi Silvestr Neqadidir.

1999-cu il doğumlu futbolçu Fransada doğulub, karyerası da əsasən bu ölkə ilə bağlıdır. “Marsel”, “Nitsa”, “Oser”, “Standart” (Belçika) kimi komandaların şərəfini qoruyub.

İlk baxışdan eddilərin qardaş olduğunu düşünmək mümkündür. Aralarında yaş fərqinin olması və ayrı-ayrı ölkələrdə doğulmaları belə, mümkün faktda şübhə yeri qoymur.

Çünki məşhur “soccerway” saytında Eddi Silvestr Neqadinin profilindəki şəkil adamı başqa nəsə haqda düşünməkdən yayındırır. Ad eyni, xarici görünüş eyni. Sanki əkiz qardaşlardır.

“Yəqin Eddinin qardaşıdır, gəncdir, tanınmış komandalarda oynayıb, millimizə də xeyir verə bilər” düşüncəsi ilə İsrafilovla əlaqə saxladıq.

O ad-soyadda qardaşının olmadığını deyən “Neftçi”li həmin profillə tanış olan kimi şoka düşdü:

“Şəkildəki mənəm. Kimsə mənim şəklimlə saxta səhifə yaradıb. Bilmirəm kim edib, niyə edib. Amma şəkildəki 100 faiz mənəm”.

Araşdırmaları davam etdirib Eddi Silvestr Neqadinin kimliyi ilə maraqlananda məlum oldu ki, belə bir futbolçu həqiqətən var. Hətta bizim Eddi kimi qarayanız yox, ağ dərilidir.

Yəqin ki, Eddi İsrafilov agenti və ya vəkili vasitəsilə məşhur saytda öz şəklinin başqa futbolçunun səhifəsindən silinməsinə nail olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Mənbə:
0
159
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar