Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri hazırda Türkiyədə 3 istiqamətdə fəaliyyət göstərir"

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin idarəetmə mərkəzindən bizi yanğınların söndürülməsi ilə bağlı 3 istiqamətə yönəldiblər".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini qeyd edib ki, bu, Kavaklı, İlanlı və Çayhisarına bölgələridir: "Bu istiqamətdə baş vermiş yanğınların söndürülməsinə bizim qüvvələr yönəldilib. Bu dəqiqələrdə yanğınların söndürülməsi işləri görülür. Həmçinin bu istiqamətdə bizim 1 helikopterimiz də fəaliyyətdədir".

Mənbə:
0
396
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar