Lavrov Heydər Əliyevdən danışdı

Mənim Bakıya səfərim Sizin atanız, Azərbaycanın dahi rəhbəri, bütün sovet insanlarının xatirəsində əbədi yaşayan Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümünə təsadüf edir. Faşizm üzərində Qələbədən danışsaq, o, nəticə etibarı ilə “qəhvəyi vəba” üzərində qələbəmizə imkan verən bizim o zamankı ümumi vətənimizin potensialının yaradılmasına böyük töhfə vermişdir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşündə bildirib.

"Biz hər zaman Heydər Əlirza oğlunun bu problemlərin həllində və bütövlükdə Sovet İttifaqının sənaye bazasının yaradılmasındakı xidmətlərini xatırlayırıq. Bu günə gəldikdə isə, prezidentlərin müntəzəm təmaslarından əlavə, hökumət başçıları səviyyəsində də işlər aparılır. Biz bu ay Azərbaycan hökuməti başçısının Rusiya Federasiyasına səfərini gözləyirik. Tez bir zamanda ortaq dil tapan və mənim zənnimcə, koronavirus infeksiyası dövründə bir qədər aşağı düşən əmtəə dövriyyəsinin bərpa olunması üçün gələcək addımları çox səmərəli razılaşdıran Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə dövlətlərarası komissiya fəaliyyət göstərir. Lakin əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir", - Lavrov qeyd edib.

0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar