Tədqiqatlar göstərir ki, məktəblərdə yuxarı sinif şagirdlərinin virusa yoluxma və ətrafdakıları yoluxdurma ehtimalı kiçik yaşlı məktəblilərə nisbətən daha çoxdur. Ona görə də dərs otaqlarında istər yuxarı istərsə də aşağı sinif şagirdlərinin sayının yarıya endirilməsi məqsədəuyğun hesab edilir.
10 yaşınadək uşaqlar böyük yaşlılara nisbətən koronavirusa iki dəfə az həssas olurlar. Yəni onların virusa yoluxma riski böyüklərə nisbətən azdır. Elə bu fakt nəzərə alınaraq yeni tədris ilində ibtidai sinflər iki qrupa bölünərək dərslərə cəlb olunacaq. Bu prosedurun vacibliyini həkimlər də zəruri sayır
Vasif Əliyev – “TƏBİB”in infeksion xəstəliklər üzrə işçi qurupunun rəhbəri
Yuxari sinif uşaqlarinda çox gümam ki daha çox təmas riski olduqlarına görə bunlarda virusun ötürülməsi daha yüksəkdir. Nəzərə alsaq ki, kiçik yaşlı məktəblilərdə xəstəlik böyüklərə nisbətən daha assimtomatik keçirdiyinə görə assimptomatik infesksiyalarda yoluxduruculuq qabiliyyəti də simptomatiklərə görə də daha aşağıdır. Bu baxımdan hər iki halda xəstəliyin qarşını almaq üçün azərbaycanda tədbirlər görülüb ki, təmas riskini azaltmaq məqsədilə mıktəblilər arasında ara məsafəsini qorumaqla xəstəliyin qarşısını almaq olar.
Payız fəslində xəstəliyə yoluxma sayında artım olarsa, məktəblərin yenidən bağlanması qaçılmazdır.
Vasif Əliyev – “TƏBİB”in infeksion xəstəliklər üzrə işçi qurupunun rəhbəri
Ümumiyyətlə payız aylarımda sadəcə koronavirus deyil başqa resoirator infeksiyaların da artma sıxlığı görünür. STIK Qapalı mıəkanlarda insanlar bir birinə daha da sıx təmas etdiyinə görə virusun ötürücülük qabiliyyəti daha da yüksəkdir. Bu baxımdan virusun qarşısını almaqdan ötürü yenə də dediyimiz kimi tədbirlər davam etməklə yanaşı əgər gələcəkdə yoluxma hallarının sayı artması müşahidə edəriksə təbii ki təkrar monitorinq aparılaraq buna qərar verilə bilər.
Sadəcə məktəblərdə yox digər qapalı və kütləvi toplaşma məkanlarında da insanların maska taxması, ara məsafəsini qoruması davam etdirilməlidir. Təhlillər zamanı əldə olunan nəticəyə əsaslanaraq bunu demək olar ki, virusun yayılmasına münbit şərait yaradan yerlər məhz qapalı və insan sıxlığı çox olan yerlərdir.
atv.az