İdman + Sevgi: Məşq zamanı tanış olmağın yolları

Bəziləri üçün bu olduqca bayağı görsənsə də, bir çox insan ənənəvi olaraq məşq zamanı, kinoya baxarkən və ya kafedə tanış olmağa meyillidirlər.

1.Mütəmadi olmağa çalışın

Mütəmadi cədvəl hazırladıqdan sonra siz məşq zamanı söhbətin təbii şəkildə başlaması üçün münbit zəmin yaradacaqsınız, çünki həmişə eyni insanlarla rastlaşacaqsınız.

İdman zalında tanışlıq küçədə gəzərkən tanışlığıa oxşamır, lakin bunun da öz müsbət tərəfləri var. Çünki idman zalında söhbət gələcəkdə davam edə bilər.

Küçədə gördüyünüz insanı isə növbəti dəfə görməyə də bilərsiniz.

2. Əlçatan olun

Çalışın məşqlərinizin cədvəlini dəyişin və idman zalının fərqli zonalarını gözdən keçirin. Əgər siz həmişə ştanq qaldırır və ya kardiozalda qaçırsınızsa, yoqa ilə məşğul olan qızları gözdən qaçıra bilərsiniz.

3. İfrata varmayın

Özünüzü 100 dəfə dartınmış kimi və ya lazım olandan ağır çəki qaldırmaqla qızın ürəyini fəth edə bilməyəcəksiniz. Qadınlar rola girən kişiləri anında sezirlər.

Həmçinin bu təhlükəlidir. Çünki sizin halınız pisləşə, hətta ətraflarınız burxula və ya yerindən çıxa bilər. Ona görə də, bacardığınızı edin. Burda utanmalı bir şey yoxdur.

4. Biliklərinizi bölüşün, amma mollalıq etməyin

Əgər qıza yaxınlaşıb öyrətmək adı ilə ora-burasını əlləyəcəksinizsə, telefon nömrəsi yerinə yağlı şillə aldıqda təəcüblənməyin. Ondansa qıza yaxınlaşıb ondan məsləhət və ya kömək istəyin.

5. Gülərüz və səmimi olun

Gülümsəyin, ona təsadüfi, lakin diqqətli baxış bəxş edin, kompliment söyləyin (amma xarici görünüşü ilə bağlı yox).

0
79
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar