Gömrüklə bağlı daha bir qalmaqal: hər sürücü 20 manat – VİDEO

Dövlət Gömrük Komitəsinin yük maşınlarından əlavə rüsum tələb etməsi sürücüləri ayağa qaldırıb.

NOCOMMENT xəbər verir ki, bu barədə yenicag-a hazırda Gürcüstanla dövlət sərhədində Azərbaycan qapısında qalan yük maşını sürücüləri danışıblar.

Məlumata görə, DGK Qırmızı Körpü sərhəd məntəqəsindən Gürcüstana keçmək istəyən yük maşınlarından 20 manat rüsum tələb edir.

Sürücülərin sözlərinə görə, bu günə qədər belə bir rüsum tələb edilməyib. İndi isə yük maşını sürücülərinə bank hesabı verilir ki, hesaba 20 manat yükləsinlər. Yalnız bundan sonra keçidə icazə verilir. Hazırda çoxlu sayda yük maşını gömrükdə qalıb.

Sürücülər bildirib ki, yüzdən çox sürücü etiraz etmək üçün Qırmızı Körpüyə yığışıb.

Sürücülərin sözlərinə görə, onlar rüsumu hansı səbəbdən, hansı qanuna görə ödənildiyini soruşduqda onlara heç bir cavab verilməyib.

 

Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar