Dözülməz istidən xilas olmaq üçün nə içə bilərik?

Məsələn, sərin energetik içki, qazlı şirin içkilər, çay, qəhvə isti havalarda olmaz.

Gent.az xəbər verir ki, isti havada bədən çəkisinə uyğun miqdarda təmiz adi su içilməlidir. Məsələn, 50-60 kq çəkidə insan 1 litr yarım su içməlidir.

Adi suya bir az limon suyu və bıçağın ucunda orqanik duz qatıb həll edib, içmək olar.

Bu mineral balansı qoruyacaq

Soyuq nanə dəmləməsi, nanəli su da bütün bədəni sərinlədir, faydalı vitaminlər verir.


Çox soyuq, buz kimi su istidən genişlənən damarlarda spazm yaradır, bu da ürək, beyin üçün zərərlidir.

Eləcə də sərin qarpız suyu, xiyar, kərəviz şirəsi, giləmeyvələri əzib üzərinə su alıb, soyudub içmək olar.


Hazır mineral suları da qazını bir qədər çıxarıb, az-az qurtumla içmək lazımdır.

Qəhvə, kapucino içməyə vərdiş edənlər onların soyuq variantını seçə bilər.(medicina.az)

0
148
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar