AZ

İndi nə olsun ki, 67 yaşlı həkimsən...

...Məhkəmə Moskvalı pediatr, 67 yaşlı Nadejda Buyanovanın həbs-qətimkan tədbirini dəyişdirib.

SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər ona müəyyən fəaliyyətləri qadağan etmək əmri verilmişdi, lakin cümə günü hakimiyyət onu həbs etmək və iki ay müddətinə istintaq təcridxanasına göndərmək qərarına gəlib.

Deyilənlərə görə, Buyanova Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda ittiham olunur.

...“OVD-İnfo” xəbər verir ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi Buyanovanın bir müddət əvvəl Rusiyanın başqa regionuna getməsi və iş materialları ilə tanış olmaq üçün müstəntiqin yanına gəlməməsi ilə bağlıdır.

Qeyd edək ki, uşaq həkimi Nadejda Buyanova fevralın 1-dək Moskvadakı uşaq klinikalarından birində işləyib.

Belə ki, qəbula yeddi yaşlı oğlu ilə gələn yerli sakin ondan şikayət ərizəsi yazıb. Həkim oğlanın əsəbi davranışını görüb. Ana cavab verib ki, uşaq Rusiya ordusunun hərbçisi olan atasının Ukraynada ölümündən sonra narahat olub. Bundan sonra, ananın sözlərinə görə, Buyanova uşağın gözü qarşısında ölən ərini “qanuni hərbi hədəf” adlandırıb.

Xəstənin anası hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Buyanova işdən qovulub, barəsində cinayət işi açılıb, mənzilində axtarış aparılıb.

Maraqlıdır ki, Buyanova belə sözlər demədiyini bildirir. Vəkil Çerciyev də həkimin anası ilə söhbəti zamanı uşağın olmadığını iddia edir.

Ağasəf Babayev

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla