AZ

Bundesliqa: “Hoffenhaym”a “Boxum”a uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Boxum” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
31-ci tur
26 aprel

Boxum – Hoffenhaym 3:2
Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.

27 aprel

17:30. Auqsburq – Verder
17:30. Bayern – Ayntraxt
17:30. Frayburq – Volfsburq
17:30. Leypsiq – Borussiya (Dortmund)
20:30. Bayer – Ştutqart

28 aprel

17:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
19:30. Maynts – Köln
21:30. Darmştadt – Haydenhaym

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla